Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirlikdən News365.az-a bildirilib ki, martın 29-da və 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 7 qumbara, 3 alışdırıcı, 8 tüfəng, 15 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
News365.az