AZ

Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb

Ölkə ərazisində qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Operativ Media bu barədə DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Martın 29-da və 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 7 qumbara, 3 alışdırıcı, 8 tüfəng, 15 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
58
43
operativmedia.az

10Mənbələr