"Tesla"nın Almaniyanın şimalındakı Ottersberq icmasında yerləşən avtosalonu yaxınlığında firmaya məxsus yeddi avtomobil yanıb...
"Report" Almaniya KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
"Martın 29-də təxminən saat 3:30-da avtomərkəzin ərazisində “Tesla” markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.
Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Poliqon.info