AZ

Avtosalon yaxınlığında 7 "Tesla" avtomobili yanıb

"Tesla"nın Almaniyanın şimalındakı Ottersberq icmasında yerləşən avtosalonu yaxınlığında firmaya məxsus yeddi avtomobil yanıb.

Avtosfer.az Almaniya KİV-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

"Martın 29-də təxminən saat 3:30-da avtomərkəzin ərazisində “Tesla” markalı yeddi elektromobil alovlanıb və nəticədə tamamilə yanıblar", - məlumatda bildirilib.

Yanğının səbəbləri hələlik məlum deyil, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Seçilən
68
8
avtosfer.az

10Mənbələr