Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya ərazisində fəallığını qoruyub saxlayır.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda bildirib.
O izah edib ki, bu fəallıq Rusiya hərbçilərinə Ukraynanın Sumı və Xarkov vilayətlərinə daxil olmağa imkan vermir. Prezident Rusiyanın Kursk vilayətində və cənub istiqamətlərində olan Ukrayna bölmələrinə “dözümlülüyə” görə təşəkkür edib.