AZ

ABŞ-də İlon Maska qarşı 200-dən çox etiraz aksiyası keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerika Birləşmiş Ştatlarında "Tesla" şirkətinə və onun baş direktoru İlon Maska qarşı 200-dən çox etiraz aksiyası keçirilib. Buna səbəb milyarderin şirkətin vəsaiti ilə anti-demokratik siyasi aksiyalara maliyyə dəstəyi verməsidir.
Oxu.Az-ın NBC telekanalına istinadən xəbər verdiyinə görə, təşkilatçılar bu etirazları "Tesla"nı məhv et" adlı kampaniyanın bir hissəsi adlandırıblar.
Aksiyaların məqsədi insanları avtomobillərini satmağa, səhmlərdən imtina etməyə və "Tesla" diler mərkəzləri qarşısında etiraz aksiyalarına qoşulmağa çağıraraq şirkətin maliyyə vəziyyətini zəiflətmək, Maskın nüfuzunu azaltmaqdır.
Etirazçıların hərəkətlərinə cavab olaraq iş adamının tərəfdarları əks-aksiya təşkil ediblər. Cavab hərəkatı artıq "Tesla Qalxanı" adını alıb.
Seçilən
137
50
oxu.az

10Mənbələr