AZ

“Zirə” 3 xalı 3 qolla qazandı

Azərbaycan Premyer Liqasının XXVIII turunun son matçında “Zirə” evdə “Şamaxı”nı məğlub edib.

Msport.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Rafael Utziq (53), Ruan Renato (71) və Salifu Suma (90+3) Şamaxı klubunun qapısından keçirib. Bu nəticədən sonra “Zirə” 55 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 8-ci yerdə olan bölgə təmsilçisinin isə 28 xalı var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib. “Neftçi” – “Araz-Naxçıvan” (1:1), “Sumqayıt” – “Sabah” (3:3) və “Kəpəz” – “Səbail” (1:1) oyunlarında qalib müəyyənləşməyib.

Seçilən
40
50
msport.az

10Mənbələr