AZ

Liqa 1: “Lill” “Lans”ı tək qolla üstələdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 27-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Tuluza” – “Brest” matçında qonaqlar qalib gəliblər. Beş qolluq “Havr” – “Nant” görüşü isə meydan sahiblərinin xeyrinə yekunlaşıb.

Səfərdə “Anje” ilə qarşılaşan “Renn” 3 xalı 3 cavabsız qolla qazanıb. “Oser” doğma meydanda “Monpelye”ni, “Lill” də “Lans”ı minimal hesabla üstələyib.

Beləliklə, geridə qalmış 27 turdan sonra 71 xal toplamış lider PSJ erkən çempionluğa doğru inamla irəliləyir. “Monako” 50 xalla ikinci, Marsel “Olimpik”i 49 xalla üçüncü pillədə qərarlaşıb. “Nitsa” və “Lill” 47, “Strasburq” 46, Lion “Olimpik”i 45 xal toplayıb.

Fransa, Liqa 1
27-ci tur
28 mart

Strasburq – Olimpik (Lion) 4:2
Qollar: A.Santos, 5. Bakva, 60. Emeqa, 73. Amo-Ameyav, 89 – Tolisso, 62. Mikautadze, 90+7-pen.

29 mart

Reyms – Olimpik (Marsel) 3:1
Qollar: Nakamura, 29. Diaxon, 51. Atanqana, 68 – Ronjye, 78.

Sent Etyen – PSJ 1:6
Qollar: Stassin, 9 – Q.Ramos, 43-pen. Kvaratsxeliya, 50. D.Due, 53; 66. J.Neves, 62. Mbaye, 90.

Monako – Nitsa 2:1
Qollar: Bieret, 55. Embolo, 73 – Boqa, 41.

30 mart

Tuluza – Brest 2:4
Qollar: Syerro, 65. Kinq, 78 – Burqo, 22. Laje, 26. Dumbiya, 62. Kamara, 90.

Anje – Renn 0:3
Qollar: Kalimuendo, 13; 90+5. Kone, 70.

Oser – Monpelye 1:0
Qol: Aye, 82.

Havr – Nant 3:2
Qollar: A.Ture, 13-pen; 27-pen. Pembele, 88 – Sou, 23. Simon, 48.

Lill – Lans 1:0
Qol: Fernandes-Pardo, 19.

Seçilən
57
50
arena.az

10Mənbələr