“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandanın hücumçusu Kilian Mbappedən danışıb.
Sportinfo.az bu barədə “Diario AS” nəşrinə istinadən xəbər verir.
“Mbappenin futbol tarixinin ən yaxşısı olacağını proqnozlaşdırmaq çətin işdir. Ona Kriştiano Ronaldonun “Real”da nail olduğuna nail olmağı tövsiyyə edə bilərəm.
Kilianın belə bir imkanı var. Bu o deməkdir ki, o da Kriştiano kimi əfsanə olacaq”.