AZ

Azərbaycanda klub yeni baş məşqçi ilə anlaşdı - SON DƏQİQƏ

II Liqada qüvvəsini sınayan «Araz-Saatlı»nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Aran təmsilçisi Asim İbrahimovla anlaşıb.

Vaxtilə MOİK-i çalışdırmış mütəxəssis minimum mövsümün sonuna - iyunadək burada işləyəcək.

Saatlı komandası ötən həftə Şəhriyar Məmmədovla vidalaşıb. 2024-cü ilin aprelində sükan arxasına keçmiş Məmmədov futbolçularla yaşadığı problemlər üzündən vəzifəsini tərk edib.

«Araz-Saatl»ı çempionatın 18 turu ərzində 28 xala sahiblənib. Bu nəticə ilə turnir cədvəlində yeddinci yeri tuturlar.

Yeni baş məşqçinin qarşısına qoyulan məqsəd kollektivi liderlər qrupuna daxil etməkdir. Hər halda saatlılar növbəti «futbol ili»nə I Liqada başlamaq arzusundan belə tezliklə əl çəkmək niyyətində deyil.

SPORTİNFO.AZ

Seçilən
73
1
sportinfo.az

10Mənbələr