AZ

Əliyev 90 dəqiqə oynadı, “sarı” aldı, komandası liderliyini qorudu

Albaniya Super Liqasında 32-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Bilis"in qonağı olub.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 22 yaşlı mərkəz müdafiəçisi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

Zamiq 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Xallarını 58-ə yüksəldən "Eqnatiya" liderliyini davam etdirir.

Seçilən
75
49
sportinfo.az

10Mənbələr