AZ

Portuqaliyalı baş məşqçi: "Hər iki azərbaycanlının şansı var"

“Radomyak”ın (Polşa) baş məşqçisi Joao Enrikeş komandanın azərbaycanlı futbolçuları - Renat Dadaşov və Rahil Məmmədov haqda danışıb.

Sportinfo.az “wKielcach.info” portalına istinadən xəbər verir ki, portuqal mütəxəssis deyib:

"Renat Dadaşov komandaya cümə axşamı, Rahil Məmmədov isə cümə günü qoşulub.

Milliyə dəvət edilən hər 4 futbolçumuz da heyətə düşə bilər. Renat Dadaşov və Rahil Məmmədovun da oynamaq şansı var".

Seçilən
69
49
sportinfo.az

10Mənbələr