Bakı. Trend:
Martın 31-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdənbağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təminolunub.
Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədənborclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.