AZ

Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunub

Qanunsuz

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 tapança, 4 qumbara, 3 alışdırıcı, 5 tüfəng, 26 patron darağı və 1258 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
52
20
1news.az

10Mənbələr