AZ

Qanunsuz silahlar götürülüb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti yayıb.  

Martın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 2 tapança, 4 qumbara, 3 alışdırıcı, 5 tüfəng, 26 patron darağı və 1258 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

P.ƏMİRCANOV
XQ

Seçilən
42
20
xalqqazeti.az

10Mənbələr