AZ

"Sabah"ın hücumçusu yaşıl meydanlardan nə qədər kənarda qalacaq?

"Sabah"ın hücumçusu Coy-Lens Mikels "Neftçi" ilə oyunda zədələnib.

Coy-Lens Mikels Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi"nin müdafiəçisi Matiasın müdaxiləsindən sonra zədələnərək meydanı tərk etdi.

Matçdan sonra sosial şəbəkələrdə futbolçunun zədəli olan ayağının fotosu paylaşılıb. Fotodan göründüyü qədəri ilə Coy-Lens Mikelsin zədəsi ciddidir.

Futbolçunun zədəsinin son vəziyyətini öyrənmək üçün klubun mətbuat xidməti ilə əlaqə saxladıq.

"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Operativ Media-ya açıqlamasında futbolçunun zədəsibilə bağlı dəqiq məlumatın sabah bilinəcəyini bildirib.

"Mikelsin zədəsi ilə bağlı dəqiq məlumatı ancaq sabah əldə etmək mümkün olacaq. Aldığı zədənin təsirindən hazırda futbolçunun ayağında şişkinlik ( hematoma) yarandığından belə vəziyyətdə MRT müayinəsi ilə tam dəqiq nəticəyə gəlmək çox çətindir. Bu səbəbdən, daha dəqiq məlumatı sabah əldə etmək mümkün olacaq".

Seçilən
157
7
operativmedia.az

9Mənbələr