AZ

“Sabah”ın hücumçusu “Kəpəz”lə oyunu buraxacaq

“Sabah”ın hücumçusu Coy-Lens Mikelsin Azərbaycan Premyer Liqasının XXIX turunda “Kəpəz”ə qarşı bu gün keçiriləcək oyunda meydana çıxmayacağı dəqiqləşib.

Msport.az xəbər verir ki, 30 yaşlı forvardın ümumi durumuna Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Coy-Lens Mikels Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi”yə qarşı ilk oyununda ayağından zədə alıb.

Seçilən
75
7
msport.az

9Mənbələr