AZ

FAKTİKİ HAVA: Küləkli hava davam edir

Aprelin 3-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, aprelin 3-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində küləkli hava şəraiti davam edir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Qobustanda 22 m/s, Şahdağ və Göyçayda 20 m/s, Lerikdə 19 m/s, Tərtərdə 18 m/s, İsmayıllı və Şamaxıda 16 m/s, Şəki və Zərdabda 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 29, Naxçıvan MR-da 28, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

Seçilən
130
25
bizim.media

10Mənbələr