Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, aprelin 3-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində küləkli hava şəraiti davam edir.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti Qobustanda 22 m/s, Şahdağ və Göyçayda 20 m/s, Lerikdə 19 m/s, Tərtərdə 18 m/s, İsmayıllı və Şamaxıda 16 m/s, Şəki və Zərdabda 15 m/s-dək güclənib.