Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə3,85 ABŞ dolları və ya 5,23% azalaraq, 69,64 dollar/barel təşkiledib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,79 dollar və ya 5,27%ucuzlaşaraq 68,02 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 4,71 dollar və ya 8,32% azalaraq, 51,89 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti əvvəlki göstərici ilə müqayisədə 4,59 dollar və ya 6,33%azalaraq 67,9 ABŞ dolları təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.