AZ

Mask Avropada terror təhlükəsi barədə xəbərdarlıq etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı İlon Mask Avropada terror dalğası təhlükəsi barədə xəbərdarlıq edib.
Oxu.Az "Corriere della Sera" qəzetinə istinadən xəbər verir ki, o, bu barədə İtaliyada hakim koalisiyaya daxil olan "Liqa" partiyasının Florensiyada keçirilən qurultayında videobağlantı vasitəsilə danışıb.
"Terrorçuluq Avropada kütləvi qırğınlara səbəb olacaq, dostlarınız, yaxınlarınız, hər kəs təhlükə altındadır. Çünki biz İtaliyada və ümumilikdə Avropada hücumların əhəmiyyətli dərəcədə artacağını görəcəyik və media bu cür hücumların təhlükəsi barədə susmağa çalışır. Biz Avropada qırğınların şahidi olacağıq. Bu, artıq tendensiyadır", - deyə Mask bildirib.
X, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri daha əvvəl istənilən ölkəni məhv edə biləcək kütləvi miqrasiyanın təhlükələri barədə xəbərdarlıq etmişdi.
Seçilən
197
27
oxu.az

10Mənbələr