AZ

Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb (FOTO)

Ağdərə. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in yerli müxbirininxəbərinə görə, Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinəköç edənlər Respublikanın müxtəlif yerlərində, əsasənyataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.

Qeyd edilir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfərköçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısıilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətliAzərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40minə yaxın insan yaşayır.

Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Məqalədə:
Seçilən
132
2
az.trend.az

10Mənbələr