AZ

Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb (FOTO)

Tərtər. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trendxəbər verir ki, Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinəköç edənlər Respublikanın müxtəlif yerlərində, əsasənyataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 54 ailə - 179 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətliAzərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40minə yaxın insan yaşayır.

Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Ağdərə
Məqalədə:
Seçilən
96
2
az.trend.az

10Mənbələr