“Qafqazinfo” xəbər verir ki, bu barədə Kreamlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş Sankt-Peterburqda keçirilir.
Vitkofun təyyarəsi Sankt-Peterburqun Pulkovo hava limanına eniş edib.
Qeyd edək ki, bu, Vitkofun Rusiyaya üçüncü səfəridir. Bundan əvvəl martın 13-də Moskvaya gedən xüsusi nümayəndə Rusiyanın yüksək səviyyəli nümayəndələri ilə görüşüb və axşam saatlarında Putin tərəfindən qəbul edilib.
***
Kremlin məlumatına görə tərəflər arasında qapalı formatda baş tutan görüş artıq başa çatıb.