AZ

Putinin Uitkoff ilə söhbəti dörd saatdan çox davam edir

Rusiya Prezidenti Vladimir Putinlə Amerika liderinin xüsusi elçisi Stiven Uitkoff arasında görüş dörd saatdan çoxdur ki, davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, görüş Moskva vaxtı ilə təxminən 17:40-da başlayıb (Bakı vaxtı ilə 18:40 - red.). Onun başa çatması hələ açıqlanmayıb.
Görüş bağlı qapılar arxasında keçirilir. Onun əsas mövzusu Ukrayna ətrafındakı vəziyyətdir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirib ki, müddət öncədən müzakirə olunmayıb:
“Söhbət prezident Putinə nə qədər lazımdırsa, o qədər davam edəcək”.
Eyni zamanda, Kreml nümayəndəsi qeyd edib ki, bir çox aspektlər var, mahiyyət çox mürəkkəbdir, ona görə də söhbətlər, bir qayda olaraq, kifayət qədər uzundur”
Seçilən
163
50
yeniavaz.com

10Mənbələr