AZ

Tacikistanda növbəti zəlzələ baş verib

 

Bakı, 14 aprel, AZƏRTAC

Tacikistanda növbəti dəfə 4,7 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, ilk zəlzələ yerli vaxtla səhər saat 05:45-də Rəşt şəhərindən 23 kilometr məsafədə qeydə alınıb. İkincisi isə yerli vaxtla saat 12:14-də baş verib.

Qeyd edək ki, aprelin 13-də Tacikistanda baş verən zəlzələ nəticəsində 29 ev və bir təhsil müəssisəsi dağılıb.

Ölkənin fövqəladə hallar komitəsinin məlumatına görə, zəlzələnin episentri mərkəzi Rəştdən 21 kilometr və Düşənbədən 160 kilometr şimal-şərqdə olub.

Yeraltı təkanlar Özbəkistan, Qırğızıstan və Qazaxıstanın cənubunda hiss olunub.

 

 

Seçilən
200
46
azertag.az

10Mənbələr