AZ

Kaliforniyada zəlzələ baş verib



Kaliforniyada 5,2 bal gücündə zəlzələ baş verib. RİA Novosti bu barədə ABŞ Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir.Qeyd olunur ki, yeraltı təkanlar San Dieqo şəhərindən 59 kilometr, Palm-Sprinqsdən isə 87 kilometr aralıda qeydə alınıb. Seysmoloqların məlumatına görə, yeraltı təkanların mənbəyi 13,4 kilometr dərinlikdə yerləşib. Eyni zamanda, əvvəlcə 6 bal olduğu bildirilsə də, sonradan 5,2-yə endirilib.

Zəlzələ başa çatdıqdan sonra maqnitudası 2,5-3,5 arasında dəyişən daha səkkiz afterşok qeydə alınıb. Ölən və yaralananlar barədə məlumat verilmir.
Bundan əvvəl Tacikistanda iki gündə beşinci zəlzələ baş verib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
170
46
aia.az

10Mənbələr