AZ

Azad edilmiş ərazilərdə daha 98 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.04. 2025 - 13.04.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bakıvaxtı.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 86 piyada əleyhinə mina, 12 tank əleyhinə mina, 224 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

      Bildirilib ki, 1 245,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

      Seçilən
      36
      23
      bakivaxti.az

      10Mənbələr