AZ

Azad edilmiş ərazilərdə daha 98 mina aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (07.04. 2025 - 13.04.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 86 piyada əleyhinə mina, 12 tank əleyhinə mina, 224 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 245,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Seçilən
46
23
anspress.com

10Mənbələr