AZ

Əllərin tərləməsi nədən xəbər verir?

Müasir dövrdə əlin tərləməsinə ən çox gənclərdə rast gəlinir. Əlin təkcə isti havada deyil, soyuq havada belə tərləməsi xəstəlik hesab olunur.

Bu zamani insan cəmiyyət arasına çıxmağa utanır. Kiminləsə əl verib, görüşməkdən çəkinir. Əlin tərləməsinə stress, zəiflik, vitamin çatışmazlığı, böyrək xəstəlikləri səbəb olur.

Dermatoloq Səidə Ağayeva Hit.az- a şərhində bildirib ki, tərləmə insan orqanizminin təbii funksiyasıdır. Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur: 

"Tərləmə həyəcan, fiziki hərəkətlər, qorxu, əsəbiləşmək, kimi vəziyyətlərdə daha da aktivləşir. Lakin bu kimi səbəblər yoxdur və heçnəsiz tərləmələr həddindən çoxdursa, orqanizmdə problem var. Bu durumun altında yatan səbəb adətən metabolik, hormonal xəstəlik, yaxud istifadə edilən dərmanlar ola bilər. Əl, ovuc içi, qoltuqaltı, üz ilə ayaqlarda yaranan aşırı tərləmənin altında isə adətən hər hansı bir səbəb olmur. Mütəmadi əli tərləyənlər nevroloji cəhətdən əziyyət çəkir. Ancaq bütün bədəndə olan tərləmənin infeksiya, ürək xəstəliklərindən ağciyər problemlərinə qədər bir çox xəstəliyin xəbərçisi ola bilər.

Həddindən artıq çəki də tərləmənin digər bir səbəbi sayılır. Xəstələrdə ümumiyyətlə hərəkətlə ortaya çıxan bəzən də gecələr həddindən artıq tərləmə şikayəti olur. Xüsusilə baş və boyun bölgəsində tərləmə müşahidə olunur".

Sevinc

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
291
16
Mənbələr
Şərh ()
Bağla