AZ

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Trend xəbər verir ki, komissiyanın sədri, energetika naziri Pərviz Şahbazov çıxış edərək, sərəncamın icrası ilə bağlı gündəlikdə duran məsələlərə diqqət çəkib, sonuncu iclasdan ötən dövr ərzində layihələrin gedişi haqqında danışıb və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulmasının planlaşdırıldığını vurğulayıb.
Sonra iclasın gündəliyinə uyğun olaraq Komissiyanın son iclasından ötən dövr ərzində görülmüş işlərə dair Katibliyin hesabatı dinlənilib. Dənizdə külək enerjisi layihələri üçün ayrılması nəzərdə tutulan su obyektlərinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesi barədə məlumatlar təqdim edilib.
İclasda, həmçinin “Masdar” şirkəti ilə həyata keçirilən layihlərlə bağlı görülən işlər, hidrogen istehsalı, eləcə də “Xəzər-Aİ yaşıl enerji dəhlizi” layihəsi ilə bağlı yerinə yetirilən tədbirlər və digər cari məsələlərə dair müzakirələr aparılıb.
İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Müdafiə nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Dəniz və Liman Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, Minatəmizləmə Agentliyi, "Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu" MMC-nin nümayəndələri iştirak edib.

Seçilən
55
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26932
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26452
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18142
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17495
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14445
Sabah 20 dərəcə isti olacaq
9736
May ayında Azərbaycana qar yağdı - VİDEO
8839
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8683
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8613
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8498
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7314
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7159
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6964
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6927
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6612
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6498
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6455
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6051
Azərbaycan nefti ucuzlaşıb
6018
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5873