AZ

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Bərpaolunan

Bakı, 29 mart, AZƏRTAC

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış komissiyanın növbəti iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, komissiyanın sədri energetika naziri Pərviz Şahbazov çıxış edərək Sərəncamın icrası ilə bağlı gündəlikdə duran məsələlərə diqqət çəkib, sonuncu iclasdan ötən dövr ərzində layihələrin gedişi haqqında danışıb və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dörd yeni bərpa olunan enerji stansiyasının təməlinin qoyulmasının planlaşdırıldığını vurğulayıb.

Sonra iclasın gündəliyinə uyğun olaraq komissiyanın son iclasından ötən dövr ərzində görülmüş işlərə dair katibliyin hesabatı dinlənilib. Dənizdə külək enerjisi layihələri üçün ayrılması nəzərdə tutulan su obyektlərinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi prosesi barədə məlumatlar təqdim edilib.

İclasda, həmçinin “Masdar” şirkəti ilə həyata keçirilən layihlərlə bağlı görülən işlər, hidrogen istehsalı, eləcə də, “Xəzər-Aİ yaşıl enerji dəhlizi” layihəsi ilə bağlı yerinə yetirilən tədbirlər və digər cari məsələlərə dair müzakirələr aparılıb.

İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Fövqəladə Hallar, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Müdafiə Nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Dəniz və Liman Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Geodeziya və Kartoqrafiya Agentliyi, Minatəmizləmə Agentliyi, “Azərbaycan Elmi Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu” MMC-nin nümayəndələri iştirak edib.

Seçilən
66
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17590
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
13317
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12572
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7745
May ayında Azərbaycana qar yağdı - VİDEO
7516
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6886
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6820
Sabah 20 dərəcə isti olacaq
5916
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5637
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5604
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5472
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5454
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5391
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5159
Bu yol qovşağında təmir işləri aparılacaq
5153
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4623
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4527
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4493
Azərbaycan nefti ucuzlaşıb
4318
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4229