AZ

ATMU-da 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə həyata keçirdiyi soyqırımı ilə bağlı tədbir keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə çıxış edən rektor İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı zaman-zaman qətliam və soyqırımı aktlarını törətdiklərini bildirib. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının proqram sənəd olduğunu deyən İlham Mədətov martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü səviyyəsində tarixləşdiyini diqqətə çatdırıb.

ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri professor Məhərrəm Zülfüqarlı 1918-ci ilin mart ayında daşnak və silahlı erməni millətçiləri, eləcə də bolşeviklər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə qətliamlar törədildiyini, minlərlə soydaşımızın qəddarlıqla öldürüldüyünü qeyd edib. Diqqətə çatdırıb ki, bir həftə ərzində təkcə Bakıda 12 mindən artıq insan - əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilib. Hətta hadisələrin ilk 3-4 günü ərzində daşnak-bolşevik dəstələri azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə verməyiblər, ermənilər cəsədləri həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yandırılan binalara yığıblar, quyulara, dənizə atıblar. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin hakimiyyətinin bərqərar olması səbəbindən qurbanların dəqiq sayının hesablanmasına imkan verilməyib.

Məhərrəm Zülfüqarlı müəllifi olduğu “Şamaxı soyqırımı – 1918” (Azərbaycan və ingilis dillərində), “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)” və “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” kitablarında 1918-ci ilin iyununda Bakı Soveti qoşunlarının və erməni birləşmələrinin Hacıqabul-Kürdəmir istiqamətində törətdikləri soyqırımından bəhs olunduğunu deyib.

Professor Məhərrəm Zülfüqarlı Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinə ziyarətlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

Universitetin İctimai fənlər kafedrasının professoru Minəxanım Əsədli 1918-ci ilin iyununda qardaş Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun qəhrəmanlığından bəhs edib. Qafqaz İslam Ordusunun albayı, azərbaycanlı Yusif Ziya haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3379
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3275
Bu yol qovşağında təmir işləri aparılacaq
2745
Bakıda hoteldə yanğın başlayıb
2315
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1418
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1404
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1384
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1253
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1089
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1074
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
892
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
849
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
824
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
809
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
770
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
756
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
756
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
729
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
716
Sabah 5 kəndin qazı kəsiləcək
705