AZ

Mart soyqırımı qurbanları unudulmayıb

Xalqımıza qarşı ermənilərin 1918-ci ildə həyata keçirdiyi soyqırımı ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) anım mərasimi təşkil edilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının zaman-zaman təkrarlandığından söz açıb. Diqqətə çatdırıb ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. 
ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı 1918-ci ilin mart ayında daşnak və silahlı erməni  millətçiləri, o cümlədən bolşeviklər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə ağlagəlməz qətliamlar törədildiyini, minlərlə soydaşımızın qəddarlıqla öldürüldüyünü qeyd edib. Bildirib ki, köhnə stillə Novruz bayramı günlərində bir həftə ərzində təkcə Bakıda əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman olan 12 mindən artıq insan vəhşicəsinə qətlə yetirilib. Hadisələrin ilk 3–4 günündə bolşevik-daşnak dəstələrinin azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə izin vermədiyini, şəhərin küçə, həyət və evlərindən meyitlərin yığılması ilə ermənilərin özlərinin də məşğul olduğunu, cəsədlərin həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yandırılan binalara, quyulara, dənizə atıldığını bildirib. Bakıda  hakimiyyətə Şaumyanın rəhbərlik etməsi səbəbindən qurbanların dəqiq sayının hesablanmasına imkan verilmədiyini diqqətə çatdırıb.  M.Zülfüqarlı müəllifi olduğu 3 kitabda 1918-ci ilin iyununda Bakı Soveti qoşunlarının və erməni birləşmələrinin Hacıqabul–Kürdəmir istiqamətində törətdikləri soyqırımdan bəhs olunduğunu deyib.
 Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət-turların təşkilinin əhəmiyyətinə aydınlıq gətirib.
Universitetin ictimai fənlər kafedrasının professoru Minəxanım Əsədli 1918-ci ilin iyununda qardaş Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun qəhrəmanlıqından bəhs edib. Qafqaz İslam Ordusunun albayı, azərbaycanlı Yusif Ziya haqqında təəsüratlarını tədbir iştirakçıları ilə  bölüşüb. 
Z.HÜSEYNOVA
XQ

Seçilən
48
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17104
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16737
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15998
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14187
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13145
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9993
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8578
"Zaur, yenə çaşdın..." - VİDEO
8110
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6717
Minimum əmək haqqı nə qədər arta bilər?
6289
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5725
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
5619
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5533
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
4840
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4767
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4458
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4453
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3416