AZ

Deputat: "Azərbaycan kəndlərinə gələn Ohanyanın hərbçilərlə görüşdüyü, ərazilər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi şübhə doğurmur"

Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub. Hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi heç şübhə doğurmur.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

 

M.Cəfərov qeyd edib ki, Nikol Paşinyanın növbəti dəfə xəritə əlində bu kəndlərin Ermənistana məxsus olmadığını deməsi Ermənistan hakimiyyətinin əraziləri Azərbaycana qaytarmaq istəməsinə əyanı sübutdur: "Təbii ki, hər hansı pərakənda fəaliyyət göstərən kiçik bir qrupun müqavimət göstərməsi mənasızdır.  Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri ya Ermənistan hökumətinin tərkibində "5-ci kolon"un formalaşmasından xəbər verir, ya da siyasəti belə yaxşı bilən birinin yalnız və yalnız erməni hökumətinin maraqlarına xidmət etməsinə işarədir. Bu səfər bəlkə də erməni cəmiyyətini sakitləşdirməyə xidmət edir. Amma erməni ordusu da, xalqı da Azərbaycan dövlətinin gücünə bələddir. Ohanyan hazırki şərtlərin 1990-cı illərdəki kimi olmadığını çox yaxşı biləcək qədər “yaxşı “ siyasətçidir".

Tarix: 29 Mart 2024, 20:24   
Seçilən
126
46
Mənbələr
Şərh ()
Bağla