AZ

Mart Soyqırımı Qubada qeyd edildi - FOTO/VİDEO

31 Mart - Azərbaycanlıların Soyqırımı günü Qubada geniş və ehtiramla qeyd olunub.

Bizim.Media xəbər verir ki, 1918-ci ildə azərbaycanlıların ermənilər tərəfindən kütləvi soyqırımı əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Abidə önünə tər güllər düzülüb. Sonra tədbir iştirakçıları Quba Soyqırım Memorial Kompleksində soyqırım abidəsinin önünə tər güllər düzüb, dinc insanların xatirəsini ehtiramla anıblar.

Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev 2007-ci ildə Quba şəhər staadionunda təsadüfi qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlıq barədə iştirakçılara geniş məlumat verib.
O, burada Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa dəstəyi ilə möhtəşəm soyqırım kompleksinin inşasından və görülən işlərdən ətraflı söz açıb.

Tədbirdə soyqırım muzeyinə baxış keçirilib.
 







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
50
3
Mənbələr
Şərh ()
Bağla