AZ

Quba Soyqırım Memorial Kompleksi təmir ediləcək - FOTO

Qubada Soyqırım Memorial Kompleksində Soyqırım qurbanlarının ziyarəti davam edir.

Bizim.Media verir ki, Quba Soyqırım Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova muzey barədə rəsmilərə geniş məlumat verib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin rəisi Səbinə Hacıyeva jurnalistlərə müsahibə verib.

Bizim.Media-nın "Artıq  kompleksin istifadəyə verildiyindən 14 il  ötür. Binanın təmirə ehtiyacı var. Bu, gözlənilirmi?" sualına Səbinə Hacıyeva bunun gözlənildiyini deyib.

O, azərbaycanlıların soyqırımının tanınmasında Ulu Öndər Heydər Əliyevin, onun siyasi varisi İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərindən danışıb.
Onun sözlərinə görə, azərbaycanlıların soyqırımının dünya səviyyəsində tanınması üçün işlər davam etdirilir.




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
61
3
Mənbələr
Şərh ()
Bağla