AZ

Britaniya və Fransa liderləri Ukraynadakı vıziyyəti müzakirə edib

Böyük Britaniyanın baş naziri Rişi Sunakla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin ofisi məlumat yayıb.Bildirilir ki, Britaniya və Fransa liderləri Ukraynaya döyüş sursatı, dron və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasını müzakirə ediblər. “Sunak və Makron Ukraynadakı münaqişədə Rusiyanın qələbəsinin qarşısını almaq üçün səylərin artırılmasının vacibliyi barədə razılığa gəliblər. Onlar qarşıdakı aylar üçün prioritetləri, o cümlədən Ukrayna silahlı qüvvələri üçün sursat, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin təchizatının artırılmasını müzakirə ediblər”, - deyə məlumatda vurğulanıb.Qeyd olunub ki, Sunak və Makron həmçinin Qəzza zolağındakı vəziyyəti də müzakirə ediblər.Daşqın Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
33
missiya.az

10Mənbələr