- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Böyük Britaniya Ukraynaya krallıq tarixinin ən nəhəng yardım paketini göndərəcək.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, bu gün Polşaya səfər edəcək Baş nazir Rişi Sunakın bu barədə açıqlama verəcəyi gözlənilir.
Varşavada Donald Tusk və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşən hökumət rəhbəri daha sonra Berlinə gedərək, kansler Olaf Şoltsla müzakirə aparacaq.
Qeyd edək ki, 500 milyon funt-sterlinq, yəni təqribən 618 milyon ABŞ dolları məbləğində əlavə dəstək paketi ilə birlikdə krallığın bu il adı çəkilən ölkəyə göstərdiyi yardımın məbləği 3 milyard dollara çatacaq.