AZ

İsveçrə Ukraynanın bərpasına 5,5 milyard dollar ayıracaq

Müəllif:Mehin Qasımova/Banco.az
İsveçrə Federal Şurası növbəti 12 il ərzində 2036-cı ilə qədər Ukraynanı bərpa etmək və dəstəkləmək üçün 5 milyard İsveçrə frankı (5,5 milyard dollar) ayırmağa qərar verib.
Banco.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının mətbuat xidməti məlumat yayıb.
"Dəstək ölkə ilə mövcud əməkdaşlığa əsaslanır və Federal Şuranın 10 aprel 2024-cü il tarixli iclasında qərara alındığı kimi, növbəti on iki il ərzində gücləndirilməlidir. Bu məqsədlə 2036-cı ilə qədər ümumilikdə 5 milyard CHF planlaşdırılıb", - bəyanatda deyilir. Ən sərfəli kredit üçün müraciət et



İlk addım olaraq 2028-ci ilə qədər beynəlxalq əməkdaşlıq büdcəsindən təxminən 1,5 milyard CHF ayrılacaq.
Qeyd edək ki, İsveçrə bu günə qədər Ukraynanı dəstəkləmək üçün təxminən 3 milyard İsveçrə frankı xərcləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
10
Mənbələr
Şərh ()
Bağla