AZ

“Freedom House”un fransızsayağı, amerikasayağı notları -ŞƏRH

ABŞ-da fəaliyyət göstərən və özünü demokratiya və insan hüquqlarının keşikçisi kimi qələmə verən “Freedom House” təşkilatı illik hesabat dərc edib. “Xalqlar keçiddə 2024” adlı hesabat hazırda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışıb. Belə ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini, müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın sifarişçiləri 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal antiterror tədbirlərinin guya insan hüquqlarını pozduğunu iddia ediblər. Bununla da Azərbaycana qarşı növbəti qərəzli mövqələrini ortaya qoyublar. Şübhəsiz, bütün bunlar “Freedom House”da kök salmış, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin fəaliyyətinin nəticəsidir. “Freedom House”un erməni əməkdaşları insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə,Azərbaycana qara yaxırlar.

Bəri başdan qeyd edək ki, 19-20 sentyabr tarixlərində Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra erməniəsilli şəxslər heç bir səbəb olmadan bölgəni tərk etdilər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı, bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Bunun üçün onlardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək və  qanunlarımız çərçivəsində yaşamaq. Amma haylar Ermənistana üz tutmağa üstünlük verdilər. Azərbaycan da onların onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. Hətta bütün bunları  BMT-nin missiyası da təsdiq edib. Sual olunur: Elə isə görəsən bu qurum hansı mənbənin məlumatlarına əsasən belə iddialarla çıxış edir? Şübhəsiz, onların informasiya mənbəy hayların uydurmalıarıdır. Bu mənada həmin erməniəsilli şəxslərin “etnik təmizləmə”yə məruz qaldıqlarını, yaxud insan hüquqlarını pozulduğunu iddia etmək olduqca gülüncdür. Bu isə o deməkdir ki, “Freedom House” yaxın tarixin faktlarını belə saxtalaşdırmaqdan çəkinmir. Bu isə saxtakarlığın əgər belə demək mümkünsə onların alınlarına yazıldığıni bir daha təsdiq edir.

Amma nədənsə minlərlə soydaşımızın Ermənistandakı yurd-yuvalarından didərgin salınması, soydaşlarımızın soyqırımına, həmçinin etnik təmizləməyə məruz qalması “Freedom House”un hələ də yadına düşmür. Şübhəsiz, bu, “Freedom House” kimi təşkilatalarda ikili standarların hələ də hökm sürməsindən, onların erməni disporunun pul kisələrindən asılı olduqlarından xəbər verir. Bütün bunlar bir daha sübut edir ki, Qərbin əlində alətə çevrilən “Freedom House” bölgədə möhkəmlənmək istəyən Qərbin, həmçinin ABŞ-ın maraqlarına xidmət edir. Elə onların təqdim etdikləri  illik hesabatında da fransızsayağı, amerikasayağı notlar bu açıq-aydın sezilməsi bunu təsdiq edir.

Qeyd edək ki, “Freedom House" ümumiyyətlə, indiyə qədər heç vaxt Azərbaycan haqqında obyektivlik nümayiş etdirməyib.  Yəni, bir qayda olaraq, hesabatlarında ölkəmizə qarşı qərəzli münasibət sərgiləyib. Daha doğrusu, müstəqil siyasət yürüdən, Qərbin niyyətlərini puç edən ölkəmizə qarşı qərəz püskürüb. Şübhəsiz, belə təxribatlar dünyada, o cümlədən bölgədə söz sahibi olan, yeni reallıqlar yaradan Azərbaycanı öz haqq yolundan heç vaxt döndərə bilməyəcək.

Qvami Məhəbbətoğlu, “İkİ sahil”

Seçilən
84
35
Mənbələr
Şərh ()
Bağla