AZ

"Freedom House"un qarayaxma kampaniyası... - Açıqlama

"Freedom House beynəlxalq qeyri-hökumət təşkilatı “Xalqlar 2024 keçid ilində" adlı hesabat hazırlayıb. Hesabatda ermənilərin Qarabağdan guya məcburi köç etmələri, Azərbaycanın hərbi əməliyyatlarına və Ermənistanın daim "təhdid" edilməsinə toxunulub. Qeyd edilir ki, Paşinyan hökumətinə həm daxildən, həm də xaricdən təhdidlər gəlməkdədir. Aİ tərəfindən heç bir etibarlı maneə olmadıqca, Qafqazda təcavüzün artması üçün aydın potensial var. Beləcə, eyni mərkəzlərin idarə etdiyi strukturlar tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlanıldığını görürük".



Bunu Bakupost.az -a politoloq Zaur Məmmədov bildirib.

Onun dediyinə görə, Freedom House onlarla azərbaycanlının minalanmış ərazilərdə həlak olması və yaralanması halını hesabata daxil etməyib:

“Təəssüf ki, orada 30 il ərzində dağıdılan Qarabağ və Şərqi Zəngəzur məsələsinə, bu gün Azərbaycan hökumətinin daxili resursları hesabına orada təmir-tikinti, abadlaşdırma işləri aparmasına toxunmayıb. Əslində onlara veriləcək suallarımız yoxdur. Hər şey aydındır”.

Sevinc
BakuPost
Seçilən
62
35
Mənbələr
Şərh ()
Bağla