AZ

Etirazlar nəticə VERMƏDİ: “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edildi

Minlərlə etiraza baxmayaraq, Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda dəstəkləyib.

Bizim.Media xəbər verir ki, dinləmələr iqtidar və müxalifət nümayəndələri arasında qızğın mübahisələr fonunda baş tutub.

Qeyd edək ki, Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq parlament binası qarşısında nümayiş keçirilib.

Əraziyə polis və xüsusi təyinatlılar səfərbər edilib. Aksiyanı dağıtmaq istəyən polislə etirazçılar arasında toqquşma baş verib.

Bizim.Media
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
8
Mənbələr
Şərh ()
Bağla