AZ

Tovuzda prinsipial oyun

Bu gün Misli Premyer Liqasında XXXI tura start veriləcək. Günün yeganə matçı Tovuzda keçiriləcək.

“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

Meydan sahibləri 42 xalla altıncı, “gənclik şəhəri” təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb. Bu səbəbdən qarşılaşma avrokuboklara vəsiqə baxımından da ciddi önəm daşıyır.

Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.

31-ci tur

19 aprel

16:30. “Turan Tovuz” – “Sumqayıt”

Tovuz şəhər stadionu.

Seçilən
178
2
Mənbələr
Şərh ()
Bağla