AZ

Tovuzda prinsipial oyun

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

 

Oxu24.com xəbər verir ki, günün yeganə matçı Tovuzda keçiriləcək.

 

“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşma saat 16:30-da başlayacaq.

 

Meydan sahibləri 42 xalla altıncı, “gənclər şəhəri” təmsilçisi 44 xalla dördüncü pillədə qərarlaşıb. Bu səbəbdən qarşılaşma avrokuboklara vəsiqə baxımından da ciddi önəm daşıyır.
Qeyd edək ki, turun digər matçları aprelin 20-21-də gerçəkləşəcək.

 

31-ci tur
19 aprel

 

16:30. “Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu.

Seçilən
176
2
Mənbələr
Şərh ()
Bağla