AZ

KTMT Ermənistanın bu təşkilatda fəaliyyətinin davam etdiyini bildirib

KTMT

Moskva, 22 aprel, AZƏRTAC

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyəti davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov məlumat verib.

O deyib: “KTMT ilə təşkilatımızın üzvü olan Ermənistan arasında münasibətlər ən yaxşı dövrünü keçirmir. Bununla belə, Ermənistanın KTMT-də fəaliyyəti davam edir, gündəlikdəki bütün məsələlər işgüzar şəkildə həll olunur”.

KTMT-nin baş katibi əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın təşkilatın 2024-cü ildə keçiriləcək sammitində iştirak etməklə bağlı qərarı onun ölkəsinin suveren seçimini əks etdirəcək.

Tasmaqambetov qeyd edib: “Ermənistanın baş naziri Nikol Paşinyanın 2024-cü ildə keçiriləcək KTMT sammitində iştirakı məsələsi suveren və müstəqil ölkənin qərarıdır. Bundan əlavə, sammitə hələ xeyli vaxt qalır, ümidvaram ki, bu aylarda yaxşılığa doğru çox şey dəyişəcək”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
2
Mənbələr
Şərh ()
Bağla