- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
“Unikal” xəbər verir ki, 48 kq-da mübarizə aparan yığma üzvü 1/8 finalda Lusine Gevorqyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb.
İsmayılova rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, 1/4 finalda ilk döyüşdən azad olan Sevda Yuliyanova (Bolqarıstan) ilə qarşılaşacaq. Bu döyüş aprelin 23-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 28-də yekun vurulacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.