AZ

Ərdoğan neçənci dəfədir ki, Ermənistan hökumətinə mesaj göndərir ki, xaricdəki erməni lobbisinin alətinə çevrilməsinlər

Ermənistandakı radikallar “soyqırım” gününü qeyd edir, Ağ Ev sahibi Cozef Baydenin dəstək açıqlamasına sevinir, erməni lobbisi isə Konqresdən Azərbaycan əleyhinə sənədin qəbuluna çalışır. Heç birinin də onlara xeyri, faydası yoxdur.

Bunlar keçici olsa da, İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını unutmayacağıq. Ermənistanın baş naziri Nikol Paşinyan reallıqdan çıxış edərək “soyqırım” üzərindən siyasətin yanlış olduğunu və bunun qonşularla münasibətlərinə mənfi təsirindən danışır. Buna rəğmən, baş nazir polisinə iki dövlətin bayrağının yandırılmasına mane olması əmrini vermir. Sülhdən və əməkdaşlıqdan danışan Paşinyan radikalların əl-ayağını yığışdırmalı, kilsəyə yerinə göstərməlidir ki, gələcək sülh və əməkdaşlığa təhlükə yaranmasın. Ermənistan hökuməti və polisi bayraqlarımızın yandırılmasına seyrçi qalmaqda davam edəcəklərsə, Paşinyanın çox arzuladığı sülhə təhlükə yaranacaq.

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan artıq neçənci dəfədir ki, Ermənistan hökumətinə və ermənilərə mesaj göndərərək bildirib ki, Errmənistanda yaşayanlar xaricdəki erməni lobbisinin alətinə çevrilməsinlər. Erməni lobbisini Ermənistan və bu ölkədə yaşayan ermənilərin taleyi maraqlandırmır. Nikol Paşinyan ölkəsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini anlasa da, bunu ermənilərin tamamı haqqında söyləmək mümkün deyil. Erməni lobbisi və Ermənistandakı radikallar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədirlər. Bunlar anlamırlar ki, Ermənistan iki böyük qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan nə təhlükəsizilik məsələrini həll edə, nə də inkişaf edə biləcəklər. Deməli erməni lobbisinə və radikallara Ermənistanın təhlükəsizliyi və inkişafı lazım deyil.

Elxan Şahinoğlu

visiontv.az



Seçilən
91
18
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17144
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16760
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16014
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14216
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13195
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
10000
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8699
"Zaur, yenə çaşdın..." - VİDEO
8127
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6738
Minimum əmək haqqı nə qədər arta bilər?
6313
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
6024
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5748
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5554
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
5279
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4786
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4493
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4472
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3418