AZ

Ərdoğanın ermənilərə müraciəti yerinə düşür - ŞƏRH

Ümid edək ki, Ermənistan bu müraciətdən və Bakının sülh təkliflərindən doğru və zamanında yararlanacaq  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan hakimiyyətini Türkiyə ilə münasibətlərin normallaşdırılmasında yol xəritəsi hazırlamaq üçün mövcud reallıqlara diqqət yetirməyə çağırıb. Ərdoğan İraqdan qayıdarkən onu müşayiət edən jurnalistlərə bildirib ki, hazırda regionda yeni nizam qurulur. Onun sözlərinə görə, əsassız xatirələri atmağın vaxtıdır, indiki zamanın reallıqlarına əsaslanaraq hərəkət etmək daha yaxşıdır: "Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu başa düşür. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporun onu sürüklədiyi qaranlıqdan xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar yolunu seçəcək".
  Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, artıq Ermənistan vətəndaşlarının kifayət qədər böyük bir hissəsi və hazırkı hökumət başa düşür ki, yalançı soyqırım və qonşulara əsassız ərazi iddiaları onların normal dövlət kimi formalaşmasına heç zaman imkan verməz. Analitik vurğulayıb ki, Türkiyə əleyhdarlarının və ya Qafqazda daimi münaqişə istəyənlərin Ermənistana heç bir real faydası olmayıb və ola da bilməz:"Nikol Paşinyan yaxşı başa düşür ki, bu coğrafiyada Türkiyə və Azərbaycanla düşmənçiliyi davam etdirmək ilk növbədə ermənilərin ziyanınadır. Məhz ona görə də Qazax istiqamətində yerli ermənilərlə görüşəndə onlara açıq mətnlə bu haqda fikirlərini söylədi. Ərdoğanın ermənilərə indi ünvanlanan müraciəti də həm vaxt, həm də regiondakı siyasi hadisələr baxımından yerinə düşür. Ümid edirəm ki, Ermənistan bu müraciətdən və Bakının sülh təkliflərindən doğru və zamanında yararlanacaq. Nəhayət ki, regionda yad qüvvələrin maşası olmaqdan imtina edəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
44
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17703
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14486
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9090
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8163
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7203
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7052
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
6967
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
6900
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6869
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6620
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5474
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5263
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5150
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
4781
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4665
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4516
Sabah 20 dərəcə isti olacaq
4159
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3961
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3319
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3225