AZ

"Qarabağ" "Neftçi"yə çatdı

Azərbaycan Kubokunda 11-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” turnirin rekordunu təkrarlayıb.

Publika.az xəbər verir ki, bunadək yalnız “Neftçi” 11 həlledici görüşdə oynayıb.

“Köhlən atlar” əvvəlki 10 finalda 7 dəfə kuboku başı üzərinə qaldırıb. 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017 və 2021/2022 mövsümlərində turnirin qalibi olan Qurban Qurbanovun yetirmələri üç dəfə (1995/1996, 1997/1998, 1999/2000) həlledici matçda büdrəyib.

“Zirə” isə hərəyə 2 dəfə yarımfinalı adlayan klublara çatıb. Buna “Kür-Nur”, “Şəmkir” və “Sumqayıt” nail olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
15
Mənbələr
Şərh ()
Bağla